12.12.2015 tarixində Xocalı rayon Kosalar kənd tam orta
məktəbinin akt zalında "Məcburi köçkün qadınlar" ictimai birliyinin
təşkilatçılığı ilə "Məcburi köçkün gənclər və yeniyetmələr arasında
təbliğat işləri aparmaqda onların hərbi peşəyə yiyələnmələri üçün
vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaq" adlı tədbir keçirildi.
Tədbirdə Kosalar,
Yaloba, Başkənd tam orta məktəblərinin şagirdləri, müəllimləri və direktorları,
ictimai birliyin sədri keçmiş döyüşçü, hərbi qulluqçu ailəsi, "Ömər,
"Güzgü" yüksəkliyində həyat yoldaşı ilə çiyin-çiyinə xidmət edən
Zərifə Həmzəyeva, döyüşçü Əsəd Hüseynov, Zəngilan İH-nin Mеmarlıq və tiкinti
şöbəsinin müdiri Dilşad
Həsənova iştirak etdilər.
"Məcburi köçkün qadınlar" ictimai
birliyi tərəfindən Kosalar kənd tam orta məktəbinə televizor hədiyyə edildi.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.
Qalib Bəyməmmədoğlu